» » Azərbaycanlılar Praqada Ermənistan əleyhinə piket keçirib


Azərbaycanlılar Praqada Ermənistan əleyhinə piket keçirib

19-09-2022, 12:03
Çap et
Azərbaycanlılar Praqada Ermənistan əleyhinə piket keçirib Çex Respublikasında yaşayan Azərbaycan icması Praqa şəhərində icazəli piket keçirib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Krizovnicke namesti meydanında baş tutan aksiyada soydaşlarımız ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribata etiraz edib, mədəni irsimizin dağıdılmasına, beynəlxalq təşkilatların ermənilərin Azərbaycan torpaqlarındakı vandalizm aktlarına səssiz qalmasına, yerli ictimaiyyətin diqqətini bölgədə sülhə mane olan amillərə cəlb ediblər.
Piket zamanı Ermənistanın son təxribatı nəticəsində həlak olan hərbçilərimizin siyahısı, “Ermənistanın təcavüzünü dayandırın!”, “Ermənistanın terroruna son qoyulsun!”, “UNESCO, İrəvandakı Azərbaycan irsini qoru!”, “Erməni vandalizmini dayandırın!” kimi şüarlar nümayiş etdirilib.
Aksiya diaspor fəalı Fərid Əmirəliyevin təşkilatçılığı ilə keçirilib.
Reytinq: