Səttar Möhbalıyev: “Cəbrayılın işğaldan azad edilməsi Zəfər tariximizin şanlı səhifəsidir”4-10-2022, 07:09
Çap et Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib. Onun sözlərinə görə, müharibənin ilk günündən xalqımızın hər bir nümayəndəsi qələbəyə şəksiz əmin idi: “İnanırdı ki, cənab İlham Əliyevin yaratdığı Ordunun qarşısında hansısa bir qüvvənin tab gətirməsi mümkünsüzdür. Hər bir əsgər və zabitimiz böyük ruh yüksəkliyi ilə döyüşə köklənərək düşmənin uzun illər möhkəmləndirdiyi və keçilməz adlandırdığı sədləri bir həmlə ilə aşdı, yoruldum demədən dağlardan, qayalardan keçdi. Xalqımız hər gün cəbhədən gələn qələbə xəbərlərinin sevinci ilə yaşayırdı. Təbii ki, hər bir zəfərin kökündə şəhid qanı var, kəndlərimiz, qəsəblərimiz, şəhərlərimiz əsgər və zabitlərimizin canı, qanı bahasına düşməndən təmizlənirdi”. “Rəşadətli Ordumuzun zəfərə gedən yolunda mühüm qələbələrdən biri Cəbrayıl şəhərinin düşməndən təmizlənməsi oldu. Xalqımız bu xəbəri böyük coşğu ilə qarşıladı və Cəbrayıl işğaldan azad edilən ilk şəhər kimi Zəfər tarixinə həkk oldu. Rayonun azad olunması uğrunda gedən döyüşlərdə fədakarlıq göstərən hərbçilərin xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirildi, 22775 əsgər və zabitimiz Prezidentin sərəncamına əsasən, “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi. Ermənistanın təcavüzkar xislətinin və vadalizm hərəkətlərinin bariz nümunəsi Cəbrayıl rayonunda törətdikləri vəhşiliklərdir. Onlar 1993-cü il avqustun 23-də rayonu işğal edərək 72 ümumtəhsil məktəbini, 8 xəstəxananı, 132 tarixi abidəni, 150 mədəniyyət ocağını, 100-ə yaxın kəndi insanlığa sığmayan hərəkətlərlə məhv etdilər. Bu yerin sakinləri köçkün həyatı yaşamağa məcbur oldular”, - Milli Məclisin deputatı deyib. AHİK sədri əlavə edib ki, işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Cəbrayıl rayonunda da yenidənqurma və bərpa işləri operativ və sistemli şəkildə davam etdirilir, sakinlərin öz ata-baba yurdlarında rahat və firavan yaşamsı üçün bütün infrastruktur yaradılır: “Həmçinin məşğulluğun yüksək səviyyədə təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirilir. Dövlətimizin başçısı cənab İlham Əliyev Cəbrayıl rayonuna mütəmadi səfərlər edərək görülən işlərlə yaxından tanış olur, təməlqoyma və açılış mərasimlərində iştirak edir, müvafiq tapşırıq və tövsiyələrini verir. İnanırıq ki, yaxın gələcəkdə Cəbrayıl ölkəmizin inkişaf etmiş rayonlarından birinə çevriləcək”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
