Heydər Əliyev Sarayında uşaqlar üçün tamaşa keçirilib5-01-2023, 20:18
Çap et Uşaqların sevimli nağıl qəhrəmanları ilə dialoqları, həmçinin milli və xarici musiqilərə hazırlanmış rəqslər və sürprizlər nağıl-tamaşaya xüsusi rəng qatıb. Əyləncəli, musiqili, interaktiv və maraqlı süjet xətti ilə fərqlənən nağıl-tamaşa uşaqları sevindirib və gözəl əhval bəxş edib. Uşaqlar sehirli və heyrətamiz nağıl dünyasına səyahət ediblər. Şənliyin xüsusi qonaqları Xalq artistləri Faiq Ağayev, Miri Yusif və sevilən müğənnilər Murad Arif, Natavan Həbibi, Azad Şabanov və Nadir Rüstəmli uşaqların bayramlarını təbrik edib, musiqi hədiyyələrini təqdim ediblər. Bundan əlavə, Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçirilən Yeni il şənliklərində uşaqlar tamaşaçı foyesində Şaxta baba və digər nağıl qəhrəmanları ilə fotosessiya etmək imkanı əldə ediblər. Qeyd edək ki, Heydər Əliyev Sarayının rəhbərliyi ənənəyə sadiq qalaraq bu şənlikdə də, Qarabağ müharibəsi iştirakçılarının, şəhid ailələrinin uşaqlarına və uşaq evlərinin sakinlərinə, əlillər cəmiyyətlərinin fiziki qüsurlu üzvlərinə təmənnasız yerlər ayırıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
