Paşinyanın brifinqində diskriminasiya: 10 media iştirakdan məhrum edilib9-01-2023, 20:32
Çap et Trend-in Ermənistan KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Jurnalistlər Birliyinin bəyanatında deyilir. "Həmin KİV-lərə qoyulan qadağa ilə bağlı heç bir ağlabatan izahat rəsmi olaraq təqdim edilmədi ki, bu da artıq bəzi KİV-lərin qeyri-hökumətyönlü mövqeyinə görə Nikol Paşinyanın mətbuat konfransında iştirakdan məhrum edilməsi ilə bağlı əsaslı şübhələrə səbəb oldu. Lakin digər tərəfdən, mətbuat konfransına bir sıra qeyri-hökumət mediası da dəvət olunub”, - deyə məlumatda bildirilir. Ermənistan Jurnalistlər Birliyi Paşinyanın iştirakı ilə keçirilən tədbirdə iştirakçıların seçilməsində göstərilən ayrı-seçkiliyi pisləyib və bu ayrı-seçkilik xarakterli qərarın ləğv edilməsinə, yanvarın 10-da keçiriləcək mətbuat konfransında istisnasız olaraq bütün media nümayəndələrinin iştirakına çağırıb. “Biz hökumət aparatını bu ayrı-seçkilik xarakterli qərarını tez bir zamanda geri almağa və yanvarın 10-da keçiriləcək mətbuat konfransında istisnasız olaraq bütün media nümayəndələrinin iştirakını təmin etməyə çağırırıq. Dövlət məmurlarının mətbuatda çıxış etməyə məcbur olduqları hesabatlılıq, şəffaflıq və ictimai nəzarət, konfranslar parçalanmış, ayrı-seçkilik və ya seçki xarakterli ola bilməz, əks halda, belə ictimai tədbirlərin planlaşdırıldığı bütün məqsədlər təhrif edilir”, - məlumatda deyilir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
