Heqiqet.Az » medeniyyet » XƏTAİ SƏNƏT MƏRKƏZİNDƏ HƏVƏSKAR RƏSSAMLARIN TƏSVİRİ SƏNƏT SƏRGİSİ AÇILACAQ


XƏTAİ SƏNƏT MƏRKƏZİNDƏ HƏVƏSKAR RƏSSAMLARIN TƏSVİRİ SƏNƏT SƏRGİSİ AÇILACAQ

3-03-2023, 16:19
Çap et
Həvəskar rəssamlar üçün nəzərdə tutulmuş "Hisslər və Rəsmlər..." adlı təsviri sənət sərgisi 9 mart 2023 il tarixində saat 16:00 Xətai Sənət Mərkəzində açılacaq.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən sərgiyə ölkəmizin müxtəlif guşələrindən 18 yaşdan yuxarı 200-ə yaxın həvəskar rəssam və rəssamlığı ikinci peşə sayan müxtəlif peşə sahibləri asudə vaxtlarında ərsiyə gətirdikləri 500-dən çox müxtəlif təsviri sənət nümunələri təqdim etmişdir.
İştirakçı sayının çoxluğunu nəzərə alaraq, hər iştirakçıdan bir əsər sərgiləmək nəzərdə tutulmuşdur.
Qeyd edək ki, ilk olaraq əsərlər onlinə qaydada qəbul olunmuş və seçilmiş əsərlər sərgilənmək üçün dəvət olunmuşlar.
Əsəri sərgilənən müəlliflər və sərgilənən əsərləri https://www.yumpu.com/xx/document/read/67554619/hisslr-v-rsmlr-hvskar-rssamlarn-tsviri-snt-srgisi
linkində izləmək olar.
Tədbir həvəskar rəssamlar və rəssamlığı ikinci peşə sayanların yaradıcılıqlarını stimullaşdırmaqla bərabər, ümumən təsviri sənət nümunələrinə ictimai marağın artırılmasına xidmət məqsədi daşıyır.
Əsərlər 7 mart tarixinə kimi Xətai Sənət Mərkəzinin ikinci mərrtəbəsinə təqdim edilməlidir.
Sərgi iştirakçılarına sertifikat təqdim olunacaq.
Bundan əlavə, sərgidə iştirak edəcək
1. Ən yaşlı müəllif;
2. Seçim heyyətinin seçdiyi ən yaxşı əsərin müəllifi;
3. Ən yaxşı tələbə əsərinin müəllifi;
4. Tamaşaçıların seçdiyi ən yaxşı əsərin müəllifi də hədiyyə ilə təltif olunacaq.
Reytinq: