Heqiqet.Az » siyaset » Prezident İlham Əliyev Ümumdünya Sağlamlıq Günü ilə bağlı paylaşım edib


Prezident İlham Əliyev Ümumdünya Sağlamlıq Günü ilə bağlı paylaşım edib

7-04-2023, 09:20
Çap et
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarında 7 aprel - Ümumdünya Sağlamlıq Günü ilə bağlı paylaşım edilib.
Paylaşımda deyilir:
“7 aprel Ümumdünya Sağlamlıq Günüdür. Ümumdünya Səhiyyə Təşkilatı özünün 75 illiyini qeyd edir. Azərbaycan hər kəsin sağlamlığının təmin edilməsinə dair BMT-nin 3-cü Dayanıqlı İnkişaf Məqsədinin icrasına mühüm əhəmiyyət verir və bununla bağlı milli səviyyədə ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirir. Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı Ümumdünya Səhiyyə Təşkilatının dəstəyilə COVİD-19 pandemiyası ilə mübarizədə qlobal liderlik nümayiş etdirmişdir. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesusun fəaliyyətini yüksək qiymətləndiririk. Azərbaycan təşkilatla səmərəli əməkdaşlığı bundan sonra da davam etdirəcək”.
Reytinq: