Heqiqet.Az » medeniyyet » Elxan Qasımov bu gün dəfn olunacaq


Elxan Qasımov bu gün dəfn olunacaq

30-05-2023, 12:05
Çap et
Ötən gün vəfat edən tanınmış kinorejissor, Əməkdar artist Elxan Qasımovun dəfn yeri bəlli olub.
Yaxınlarının verdiyi məlumata görə, mərhum Xırdalanda oğlu Samir Qasımovun məzarının yanında dəfn ediləcək.
Vida mərasiminin isə bu gün saat 11:00-da “Azərbaycanfilm” kinostudiyasının həyətində olacağı bildirilir.
Elxan Məmməd oğlu Qasımov 1945-ci il aprelin 24-də Naxçıvanda anadan olub. “Əhməd haradadır” filmindən “sürücü Əhməd” kimi tanınan Elxan Qasımov 1969-cu ildən “Azərbaycanfilm” kinostudiyasında işləyirdi. Bədii, sənədli filmlərin, “Mozalan” süjetlərinin müəllifidir.
Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə “Azərbaycanın Əməkdar artisti” fəxri adına layiq görülüb.
Elxan Qasımov tamaşaçıların, həmkarlarının yadında o həmişə səmimi, sadiq dost, vətənsevər şəxsiyyət, istedadlı həmkar kimi qalacaq.
Reytinq: