DGK Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının əməkdaşları Şuşaya səfər edib9-08-2023, 12:09
Çap et Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının əməkdaşları Qarabağın incisi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfər edib.
Heyət üzvləri Heydər Əliyev ili çərçivəsində təşkil olunan səfər zamanı Şuşa şəhərində erməni vandalizminin acı nəticələri ilə, tarixi-mədəni abidələri və aparılan bərpa-quruculuq işləri ilə tanış olub, eyni zamanda, Cıdır düzü, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Qala divarları, Gəncə qapısı və bir sıra tarixi-mədəni abidələri, həmçinin, Prezident İlham Əliyevin tapşırığı ilə Bakıdan Şuşaya gətirilən və qayıdışları Zəfər simvolu hesab edilən Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini ziyarət ediblər. Səfər iştirakçıları 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbənin qəhrəmanlarının ruhlarını ehtiramla yad ediblər, eyni zamanda, Şuşa qalasının önündə “Qarabağ Azərbaycandır!” səsləndiriblər. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
11:47
Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar keçirilir11:22
Millətlər Liqası: Azərbaycan millisinin Estoniya və Slovakiya ilə oyunlar üçün heyəti açıqlanıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|