Heqiqet.Az » dunya » Türkiyədə hərbçiləri daşıyan avtobus servis maşını ilə toqquşub: 16 yaralı


Türkiyədə hərbçiləri daşıyan avtobus servis maşını ilə toqquşub: 16 yaralı

3-04-2024, 14:32
Çap et
Türkiyədə servis maşını hərbçiləri daşıyan avtobusla toqquşub, nəticədə 5-i hərbçi olmaqla 16 nəfər yaralanıb.
Bu barədə Türkiyə KİV-ə istinadən xəbər verilir.
Hadisə yerinə çox sayda tibbi personal, polis və xilasetmə əməkdaşları cəlb edilib.
Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin qənəatbəxş olduğu qeyd olunub.
Hadisə ilə bağlı araşdırma başladılıb.
Reytinq: