Ərdoğan: Zəngəzur dəhlizinin açılması Azərbaycanla Ermənistan arasındakı sülhə töhfə verəcək13-07-2024, 09:07
Çap et Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ səfəri zamanı onu müşahidə edən jurnalistlərə səsləndirib. Onun sözlərinə görə, rəsmi Ankara sülh gündəliyini səmimi və güclü şəkildə dəstəkləyir: “Zəngəzur dəhlizinin açılması bu sülhə töhfə verəcək və tamamlayacaq. Bu kimi addımlar həm Azərbaycan, həm Ermənistan, həm də Türkiyə və regionun digər dövlətlərinin rifahına və ümumilikdə sülhə müsbət töhfə verəcək”, - deyə Ərdoğan vurğulayıb. Ölkə başçısı bu cür müsbət qərarların gecikmədən qəbul edilməsinin əhəmiyyətini qeyd edib. “Arzu edirik bu istiqamətdə müvafiq səylər göstərilsin. Regiondan müsbət siqnallar gəlir. Ümid edirik bunlar yaxşı xəbərə çevriləcək. Digər dövlətlərdən də ən qısa müddət ərzində davamlı sülh üçün oxşar yanaşma gözləyirik. Bu vacibdir”, - deyə Türkiyə Prezidenti bildirib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
