Media: Britaniya qeyri-qanuni miqrantların sayına görə Avropada birinci yerdədir7-10-2024, 11:43
Çap et Bu barədə “The Daily Telegraph” Oksford Universitetinin mütəxəssislərinin araşdırmasına istinadla məlumat yayıb. Məlumata görə, Böyük Britaniyada 745 minə qədər qeyri-qanuni immiqrant var ki, bu da Fransadan təxminən 2,5 dəfə çoxdur. Fransada 300 minə yaxın qeyri-qanuni miqrant var. Bu göstərici üzrə ikinci yeri 700 minə qədər qeyri-qanuni miqrantın yaşadığı Almaniya tutur. İlin əvvəlindən Böyük Britaniyaya 26,6 min qeyri-qanuni immiqrant La-Manş boğazı boyunca qayıqlarla gəlib. Bu da eyni dövr üçün ötən ilin göstəricilərindən 5 faiz çoxdur. Oktyabrın 5-də krallığa qeyri-qanuni yollarla 973 nəfər daxil olub - bu il rekord yüksək gündəlik göstəricidir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
