Ərdoğan: Biz terrorçular və demokratiya düşmənləri qarşısında baş əyməyəcəyik23-10-2024, 08:50
Çap et Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı Ankarada hakim Ədalət və İnkişaf Partiyasının (ƏİP) funksionerləri qarşısında çıxışı zamanı bildirib. Türkiyə dövlət başçısı 2016-cı il iyulun 15-də ölkədə hakimiyyətin silahlı ələ keçirilməsi cəhdinin qarşısını alan türk xalqının qəhrəmanlığını yüksək qiymətləndirib. Siyasətçi xatırladıb ki, “Paralel dövlət” təşkilatı (FETÖ) terrorçularının təşkil etdiyi qanlı çevrilişin iştirakçılarına qarşı mübarizədə 250-dən çox ölkə vətəndaşı həlak olub. Dövlət başçısı əmin edib ki, FETÖ üzvlərinə qarşı qəti mübarizə bu cinayətkar təşkilat tamamilə dağılana qədər davam edəcək. “Türkiyənin bütün dövlət qurumları FETÖ ilə mübarizəyə cəlb edilib. Mübarizə həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda aparılır”, - deyə Ərdoğan bildirib. Türkiyə Prezidenti bazar günü ABŞ-da dünyasını dəyişən FETÖ terror təşkilatının lideri Fetullah Güleni “alçaq xain” və “Vətən xaini” adlandırıb. “Bütün dünya Türkiyəyə xəyanət edənlərin sonunun şahidi oldu. Biz terrorçuların, quldurların və demokratiya düşmənlərinin qarşısında baş əymirik”, - deyə Ərdoğan bildirib. Dövlət başçısı vurğulayıb ki, xarici dairələr və “beşinci kolon” nümayəndələri Türkiyəni idarə edə bilməyəcəklər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
