Türkiyədə əməliyyatlar: 709 mağara, sığınacaq və anbar məhv edib4-12-2024, 12:23
Çap et Bu barədə Türkiyə Daxili İşlər naziri Ali Yerlikaya məlumat yayıb. "2024-cü ildə Bölücü Terror Təşkilatı PKK/KCK-nın kənd yerlərindəki qış fəaliyyətləri və hücum məqsədilə hazırlanan partlayıcı maddələrin məhv edilməsi üçün həyata keçirdiyimiz "GÜRZ" əməliyyatları zamanı 709 mağara, sığınacaq və anbar məhv edilib. Bombalı hücumlar üçün hazırlanan 2 ton 100 kiloqram kimyəvi partlayıcı, 617 kiloqram plastik partlayıcı, 97 kiloqram TNT, 194 ədəd mina və canlı bomba jileti ələ keçirilib. Hücumlar üçün hazırlanmış 99 min 936 müxtəlif çaplı və ölçüdə güllə və sursat, 13 min 657 ağır silah sursatı (bombaatar, minaatan və zenit sursatı), 2 min 252 əl qumbarası, 63 ədəd raket, minaatan, bombaatar, zenit, LAW silahı və idarə olunan raket ələ keçirilib", - açıqlamada bildirilib. “Terrorçuları bir-bir məhv edirik və davam edəcəyik. Bizim tək bir hədəfimiz var: sonuncu terrorçu zərərsizləşdirilənə qədər fasiləsiz və qətiyyətlə mübarizə aparmaq”, - o əlavə edib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
