Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmayacaq9-12-2024, 22:03
Çap et Azərbaycan tarixinə adı qızıl hərflərlə yazılan ulu öndər Heydər Əliyevin bizi cismən tərk etməsindən 21 il ötür. Xalqımızın daim ehtiramla yad etdiyi Ümummilli Lider hər bir azərbaycanlının xatirəsində özünəməxsus yer tutur. Uzun illər təhlükəsizlik orqanları sistemində çalışan, ömrünü Azərbaycan xalqının rifahının yaxşılaşmasına, dövlətimizin güclənməsinə sərf edən, Azərbaycanın müasir dövlətçilik tarixinin memarı olan Ulu Öndərin müəyyən etdiyi siyasi xətt bu gün daha da inkişaf edir və bu inkişaf nəticəsində Azərbaycan dövləti, dövlətçiliyi daha da qüdrətlənir.
Heydər Əliyev Azərbaycan dövlətçiliyini xilas etdi. 1994-cü ilin may ayında atəşkəs imzalandı və Ermənistanın aktiv hərbi təcavüzünün qarşısı alındı. Ölkədə silahlı müxalifətin qarşısı alınaraq cəmiyyətin inkişafı dinc, demokratik yola yönəldildi. Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin əsaslarını qoruyub saxlaya bildi. İflic vəziyyətinə düşmüş dövlət aparatı yenidən işləməyə başladı. Azərbaycan xalqının milli qüruru özünə qaytarıldı. Xalqın millət, torpaq, Vətən və bayraq sevgisi bərpa olundu. Ümummilli lider Heydər Əliyev ölkənin üzləşdiyi bir-birindən ağır problemlərin həll edilməsində, milli müstəqilliyin möhkəmləndirilməsində və dönməzliyin təmin edilməsində, müasir cəmiyyət quruculuğu işində etibarlı siyasi dayaq oldu. Son dərəcə qısa zaman kəsiyində Azərbaycan cəmiyyəti əsrə bərabər inkişaf yolu keçmiş oldu. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı millətin və dövlətin sabahına inamını bərpa etdi. Ümummilli Liderin siyasəti ilə xalqın amallarının üst-üstə düşməsi taleyüklü vəzifələrin uğurla həyata keçirilməsinə möhkəm zəmin yaratdı. Bütün sahələrdə aparılan köklü islahatlar Azərbaycanın imicini dəyişdirdi. 1995-ci ildə ümumxalq referendumu yolu ilə qəbul edilmiş ilk konstitusiyamız Azərbaycanda hüquqi islahatların daha da dərinləşdirilməsi və inkişafı üçün stimul oldu. Demokratik, azad seçkilər yolu ilə icraedici, qanunverici və məhkəmə hakimiyyətlərinin formalaşdırılması, milli dövlətçiliyin inkişafı, müasir dövlət quruculuğu prosesinin əsasını qoydu. İnsan hüquq və azadlıqlarının təmin edilməsi və etibarlı şəkildə qorunması sivil cəmiyyətin formalaşmasına təkan verdi. Ölkədə bazar münasibətlərinə əsaslanan iqtisadi sistem təşəkkül tapdı. Aqrar islahatlar, özəlləşdirmə prosesi uğurla həyata keçirildi. Nəticədə əhalinin sosial rifahı nəzərə çarpacaq dərəcədə yaxşılaşmağa başladı. Ulu Öndərin yürütdüyü daxili və xarici siyasət nəticəsində gündən-günə güclənən müstəqil Azərbaycan dövləti tezliklə beynəlxalq aləmdə özünə layiqli yer tutdu. Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmayacaq və müstəqil dövlətimizin gələcək inkişafı naminə ulu öndər Heydər Əliyevin ideyaları ölkəmizdə əbədi yaşayacaqdır. Əliyev Məsum Kamal oğlu, Kürdəmir rayon Karrar kənd Ailə-sağlamlıq Mərkəzinin bölmə müdiri Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|