Azərbaycanın kimyaçı-aliminin xatirəsi Gürcüstanda anılıb23-12-2024, 11:16
Çap et Tədbirdə Gürcüstan parlamentinin deputatları, Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı, elm, ictimaiyyət nümayəndələri iştirak ediblər. Deputat Savalan Mirzəyev çıxışında professor Z.Sadıqovun həyat və fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, onun kimya elminə verdiyi töhfələr indi də bu sahədə təhsil alan, araşdırma aparan tələbələr üçün əsl elm mənbəyidir. Səfirliyin məsul əməkdaşı Ramiz Hacızadə bildirib ki, Azərbaycan dövləti elm xadimlərinə, təhsil işçilərinə və ümumilikdə elmə, təhsilə böyük diqqət yetirir. Z.Sadıqovunda xidmətləri diqqətdən kənarda qalmayıb. Diplomat Azərbaycan dövlətinin Gürcüstandakı soydaşlarımızın da elm və təhsil almalarına daim diqqət göstərdiyini vurğulayıb. Sonra Z.Sadıqovun tələbələri, onu tanıyan insanlar elm fədaisi ilə bağlı xatirələrini bölüşüb, onun elmi yaradıcılığından söz açıblar. Bildirilib ki, Bakı Dövlət Universitetində Yüksək molekullu birləşmələr kafedrasının yaradılmasında Z.Sadıqovun böyük rolu və xidmətləri olub. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞR11:41
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
