Türkiyədə oteldə yanğın baş verib, ölən və yaralananlar var21-01-2025, 11:39
Çap et Naməlum səbəbdən başlayan yanğın qısa müddətdə oteli bürüyüb. Hadisə yerinə şəhər mərkəzi, ətraf kəndlər və qonşu vilayətlərdən çox sayda yanğınsöndürən, AFAD, UMKE və təcili tibbi qruplar, eləcə də helikopterlər göndərilib. Hazırda oteldə qalanların təxliyəsi davam edir. Bolu valisi Abdülaziz Aydın oteldə təxminən 234 qonağın qaldığını, yanğının restoran olan hissədə başladığını bildirib. Alovların buradan yayıldığını qeyd edən vali, hazırda olan məlumata görə altı nəfərin öldüyü, 31 nəfərin isə yaralandığını deyib. Qeyd edilib ki, ölənlərdən ikisi qorxuya düşərək yüksəklikdən atılma nəticəsində həyatını itirib. Yaralıların ümumi vəziyyəti qənaətbəxşdir. Ehtiyat tədbiri olaraq yaxınlığındakı oteldə qalanlar da təxliyə edilib. Yanğınla mabarizə davam edir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
