Çin Yer kürəsini asteroid təhlükəsindən qorumaq üçün mütəxəssis qrupu yaradıb11-02-2025, 10:47
Çap et Bu barədə “South China Morning Post” nəşri məlumat yayıb. Məlumata görə, qrupun məqsədi asteroidlərin tədqiqi və monitorinqi və asteroid təhlükələri barədə erkən xəbərdarlıq metodlarının işlənib hazırlanmasıdır. Çin Elmlər Akademiyasının Milli Kosmik Elm Mərkəzinin alimi Li Mingtao jurnalistlərə açıqlamasında Çinin asteroidlərdən müdafiə sahəsində böyük irəliləyiş əldə etdiyini bildirib. “Gələcəkdə biz nəinki avadanlığın konfiqurasiyasını və performansını hərtərəfli təkmilləşdirməliyik, həm də asteroidlərdən müdafiə sahəsində ixtisaslaşmış istedadlı insanlardan ibarət komanda yetişdirməli, Yerin təhlükəsizliyinin qorunmasına Çin müdrikliyi və gücünü töhfə verməliyik”, - deyə çinli alim əlavə edib. Nəşrin qeyd edib ki, qrupun yaranmasının səbəblərindən biri də yeddi ildən sonra planetimizlə toqquşa biləcək böyük asteroidin kəşfi olub. Fevralın 7-də Avropa Kosmik Agentliyi YR4 asteroidinin 2032-ci ildə Yerlə toqquşma ehtimalını yeniləyərək, onu planetimiz üçün kosmik risklər siyahısında birinci yerə qoyub. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
