Ramzan Kadırovun 17 yaşlı oğlu evlənir29-06-2025, 11:49
Çap et Şənlik Məhərrəm ayının ilk gününə təyin edilib. “Novaya qazeta Avropa” öz mənbələrinə istinadən yazır ki, mərasimə dəvətləri Yaxın Şərq ölkələrindən yüksək səviyyəli nümayəndələr də alıb. Yazıda o da vurğulanır ki, mərasimə hazırlıq bir neçə ay əvvəl başlayıb. Bu ilin aprelində Ramzan Kadırovun 17 yaşlı oğlu Çeçenistan Təhlükəsizlik Şurasının katibi təyin edilib. Qeyd edək ki, 2023-cü ilin noyabrından kiçik Kadırov Çeçenistan rəhbərinin Təhlükəsizlik Xidmətinə rəhbərlik edir. Gəncin bir çox mükafatları var, o cümlədən Çeçenistan Respublikasının Qəhrəmanı adı, Kadırov ordeni. Bundan əlavə, martın sonunda o, Rusiya Daxili İşlər Nazirliyinin regional şöbəsinin kuratoru təyin edilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
