Polşa parlamenti spikerinin Ukrayna dəstəyi ölkə daxilində etirazla qarşılandı25-02-2026, 11:10
Çap et Bunu Polşa Prezidenti ofisinin nümayəndəsi Zbiqnev Boqutski deyib. “Bu cür açıqlamalar Polşanın nüfuzuna xələl gətirir. O, dövlət adından Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı açıqlama vermək səlahiyyətinə malik deyil”, - deyə Polsat TV onun sözlərindən iqtibas gətirib. Qeyd edək ki, fevralın 24-də Kiyevdə Ali Rada üzvləri ilə danışan Polşa Seyminin sədri ölkəsinin Ukraynanın Avropa İttifaqına qoşulmaq səylərini qətiyyətlə dəstəklədiyini söyləyib. Fevralın 23-də isə Polşanın xarici işlər naziri Radoslav Sikorski Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Ukraynanın 2027-ci ildə Aİ-yə qəbul edilməsi təklifinə şübhə ilə yanaşdığını bildirib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
