"Bakı-2015"-də dopinq skandalı19-06-2015, 18:40
Çap et Bakı 2015 Avropa Oyunları çərçivəsində tətbiq olunan AOK-un Anti-dopinq qaydalarını pozduğuna görə alban idmançı Reksildo Zeneli yarışdan kənarlaşdırılıb. Alban boksçu Zeneli Avropa Oyunlarında yarışlara qatılmaq üçün iyunun 13-ü verdiyi sidik nümunəsi Avstriyanın Zaybersdorf şəhərinə aparılaraq yoxlanılıb. Yoxlanma nəticəsində onun sidiyində "furosemide" tapılıb. Qeyd edək ki, Bakı 2015 Avropa Oyunlarında tətbiq olunan AOK-un anti-dopinq qaydalarına əsasən furosemide istifadəsi qadağan olunan maddələrin siyahısında S5 adı altında yer alır. Buna görə də Zenelinin Anti-dopinq qaydalarını pozduğu aşkar edilib və AOK İcraiyyə Komitəsi tərəfindən , AOK-nin hüquqi, yaş məhdudiyyəti və dopinq məsələləri üzrə komitələrinin rəyi əsasında onun Avropa Oyunlarında iştirakına qadağa qoyulub. Zeneli Avropa Oyunlarında iştirak etməyəcək. Gələcəkdə isə onun anti-dopinq proseduru ilə müvafiq beynəlxalq təşkilatlar məşğul olacaq. Bakı 2015 Avropa Oyunları Anti-dopinq proqramı hərtərəfli və güclü anti-dopinq proseduru olmaqla burada iştirak edəcək bütün idmançılara qarşı tətbiq olunur. Dünya Anti-dopinq Agentliyi tərəfindən qadağan olunan maddələr idmançılarda aşkar olunduğu təqdirdə həmin idmançılara Avropa Oyunlarında tətbiq olunan AOK-un Anti-dopinq qaydaları çərçivəsində sanksiyalar tətbiq olunacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
