Heqiqet.Az » dunya » Ukrayna DİN Rusiyanın Kiyevə hücum planlaşdırdığını bildirib


Ukrayna DİN Rusiyanın Kiyevə hücum planlaşdırdığını bildirib

25-02-2022, 06:55
Çap et
Ukrayna DİN Rusiyanın Kiyevə hücum planlaşdırdığını bildirib Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko Rusiya qoşunlarının fevralın 25-də Kiyevə hücum etməyə planlaşdırdığını bildirib.
Bu barədə o, sosial şəbəkədə yazıb.
"Ən ağır gün bu gün olacaq. Düşmənin planı tank dəstələri ilə İvankov və Çerniqov istiqamətindən Kiyevə hücum etməkdir", - deyə o yazıb.
Eyni zamanda Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Dimer və İvankov yaşayış məntəqələri yaxınlığında döyüşlərin getdiyini bildirib.
Reytinq: