Ərdoğan BMT Təhlükəsizlik Şurasında islahatlara ehtiyac olduğunu bildirib5-04-2023, 10:06
Çap et Bu barədə Türkiyə prezidenti hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Ankaradakı qərargahında iftar mərasiminin sonunda deyib. "Bəşəriyyətin taleyini cəmi 5 ölkənin həll etdiyi dünya nizamı acizdir. BMT Şurasının hərtərəfli islahatına təcili ehtiyac var", - deyə R.T.Ərdoğan qeyd edib. Ukrayna böhranının həlli perspektivlərinə toxunan dövlət başçısı Rusiya ilə Ukrayna arasında ədalətli sülhün bərqərar olmasının mümkünlüyünə əminliyini ifadə edib. Onun sözlərinə görə, bu məqsədə nail olunması “tərəflərə indiki vəziyyətdən layiqli çıxış yolu təqdim edəcək və regionu cəlb olunduğu burulğandan çıxaracaq”. Türkiyə prezidenti müsəlmanların müqəddəs kitabı - Qurana qarşı bir sıra ölkələrdə baş verən təxribatlara da münasibət bildirib. "Quranın yandırılması da daxil olmaqla, mənfur təxribatlar heç bir halda qəbuledilməzdir və heç bir bəraət qazandıra bilməz", - deyə o bildirib. R.T.Ərdoğan bu cür hərəkətlərin “aydın və birmənalı olaraq nifrət zəminində cinayətlər” olduğunu vurğulayıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
