Heqiqet.Az » dunya » İran beş ABŞ vətəndaşını azad etdi


İran beş ABŞ vətəndaşını azad etdi

11-08-2023, 11:30
Çap et
İran beş ABŞ vətəndaşını azad edib.
Bu barədə “The New York Times” məlumat yayıb.
Bildirilib ki, bu, ABŞ və İran arasında yeni razılaşma ilə mümkün olub. Belə ki, ABŞ bunun qarşılığında bir neçə iranlı məhbusu azad edəcək, eləcə də, İranın dondurulan 6 milyard dollarlıq aktivlərini əldə etməsinə şərait yaradacaq.
Razılaşmaya əsasən, ilkin mərhələdə amerikalılar azad edilir, onlar vətənlərinə döndükdən sonra ABŞ öz öhdəliklərini yerinə yetirəcək.
Qeyd edilib ki, ABŞ-ın İrana qaytaracağı 6 milyard dollar humanitar xərclərə yönəldiləcək.
Reytinq: