Meksika parlamentində yadplanetli olduğu təxmin edilən cəsədlər nümayiş etdirildi13-09-2023, 15:50
Çap et ![]() Kiçikboylu “kosmik cəsədlər” bir tabutun içərisində nümayiş etdirilib. Meksika Milli Universitetinin alimləri iddia edirlər ki, bu skeletlərin analizi zamanı onlarda radioloji karbon qalıqları aşkar olunub. “Biz DNT testi apardıq və onlar planetimizə aid olmadığını aşkar etdik. Onları uçan naməlum obyektlərin düşdüyü yerdən deyil, fosil şəklində yeraltı mədəndən tapdıq”, - deyə tədqiqatçılar bildiriblər. Tədqiqata qoşulan UNO mütəxəssisi Ceym Mossen də bu cəsədlərin dünyaya aid olmadığını təsdiq edib. O, daha əvvəl Peruda tapılmış 5 mumiyanın analizini aparıb, əlləri və ayaqlarında üç barmağı olan bu canlıların yadplanetli olduğu qənaətinə gəlib. Harvard Universitetinin astronomu, professor Abraham Avi Loeb də videokonfransa qoşularaq bildirib ki, Meksika hökuməti bu tədqiqatın nəticələrini dünyanın bütün alimlərinə yaymalı və yadplanetlilərin varlığına dair məlumatlar daha dəqiq araşdırılmalıdır. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|