İran XİN rəhbəri Ermənistan-ABŞ birgə təlimini tənqid etdi14-09-2023, 12:46
Çap et ![]() Bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, İran XİN rəhbəri Mirzoyanla telefon danışığında Ermənistan və ABŞ arasında keçirilən hərbi təlimlərə toxunaraq, regionda hər hansı xarici qüvvələrin mövcudluğunu regionda vəziyyəti gərginləşdirən amil kimi qiymətləndirib: "Xarici işlər naziri regional dialoqlar və mexanizmlər, o cümlədən, "3+3" formatı vasitəsilə hərtərəfli sülhə nail olmağın ən səmərəli yol olduğunu vurğulayıb", - məlumatda deyilir. Qeyd edək ki, ABŞ-Ermənistan birgə təlimləri sentyabrın 11-də başlayıb. Sentyabrın 20-dək davam edəcək "EAGLE PARTNER-2023" təlimləri Ermənistan "Zar" tədris mərkəzinin bazasında keçirilir. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|