Heqiqet.Az » sehiyye » Ali Baş Komandanımız yenidən Azərbaycana rəhbərlik edəcək


Ali Baş Komandanımız yenidən Azərbaycana rəhbərlik edəcək

5-02-2024, 13:13
Çap et
Ali Baş Komandanımız yenidən Azərbaycana rəhbərlik edəcək Azərbaycan dövləti hazırda Qarabağda geniş quruculuq işlərinə, regionun siyasi-iqtisadi mənzərəsini dəyişəcək böyük layihələrə start verib: Hamımız, bütün xalq inanır ki, uzun illər düşmən tapdağında qalan, öz oğullarının qanı bahasına azad edilən doğma Qarabağımız qısa müddətdə bərpa edilərək dünyaya Azərbaycan xalqının qədim tarixini, mədəniyyətini bir daha nümayiş etdirəcək. Bu gün ölkəmizin iqtisadi gücü günbəgün artır, Azərbaycan regionda mühüm siyasi-iqtisadi güc mərkəzinə, böyük dövlətlərin əlaqələndirici platformasına çevrilir. Yerləşdiyi coğrafiyanın düyün nöqtəsi olmaqla Azərbaycan Şərqlə Qərbi birləşdirə bilən nəqliyyat dəhlizlərinin, özündən min kilometrlərlə uzaqda olan dövlətlərin enerji təhlükəsizliyinin qarantına çevrilir.
Bunların həyata keçirilməsinin əsasında xalqımızın dəmir iradəsi, onun lideri – möhtərəm cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin dərin zəkası, onun uzaqgörən daxili və xarici siyasəti dayanır. Aparılan siyasətin mərkəzində isə Azərbaycan vətəndaşı, vətəndaş rifahının təminatı prinsipi dayanır və bu prinsip iqtisadi dividentlərin ilk növbədə əhalinin rifahının yaxşılaşdırılmasına yönəldilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tərəfinizdən ardıcıl addımların atılması ilə də öz təsdiqini tapmaqdadır.
Vətən müharibəsi Azərbaycan xalqının, onun müzəffər sərkədəsinin, qalib Azərbaycan əsgərinin rəşadətini bütün dünyaya sübut etdi: “Döyüş meydanlarında, siyasi arenalarda Azərbaycan liderinin dəmir iradəsi, yenilməz rəşadəti düşmənə sarsıdıcı zərbə vurmağa imkan verdi. 44 gün davam edən müharibə zamanı Ermənistan ordusu tamamilə məhv edildi və onlar ötən il noyabrın 10-da kapitulyasiya aktına imza atmaq məcburiyyətində qalaraq bizim 44 günlük müharibədə geri almadığımız əraziləri geri qaytarmağa razılıq bildirdilər. Buna görə də Ermənistan cəmiyyətində, siyasi spektrində revanşizm əlamətləri görünür. Buna görə də Rusiya sülhməramlılarının xidmət etdiyi ərazidə buna imkanın olmadığını dərk edərək onlar dövlət sərhədində hərbi təxribatlar törətməyə cəhd göstərirlər”.
Ölkə başçısı cənab İlham Əliyevin istər sammitlərdəki çıxışında, istərsə də qəzetə müsahibəsində və bəyanatlarında münaqişəni araşdıran analitiklər və ekspertlər üçün bir çox prinsipial məqamlar var və bunlar hərtərəfli şəkildə təhlil edilməli, əsl həqiqəti əks etdirən nəticələr əldə olunmalıdır. Ermənistan hökumətinin azərbaycanlılara qarşı nifrətin aşılanmasına əsaslanan ictimai rəyin arxasında dayanmaması və normallaşma prosesində öndə getməsi vacibdir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün ərzində Azərbaycan ərazilərini erməni işğalçılarından təmizləyib, ölkənin ərazi bütövlüyünü təmin edib. 30 ildən sonra işğaldan azad edilmiş torpaqlarımızda indi üçrəngli bayrağımız dalğalanır.
Bu gün azad olunmuş ərazilərimizdə digər sosial tikintilərlə yanaşı təhsil ocaqlarıda tikilir ki, bu da məni bir vətəndaş, bir təhsil işçisi kimi sevindiri. Qeyd edim ki, Azərbaycanda təhsilin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə müəllim-pedaqoq heyətinin inkişafı və motivasiyası diqqətdə saxlanılır. Azərbaycanda dövlət təhsil siyasətinin müasir mərhələsinin istənilən dövrünü müşahidə etsək, bir daha məqsədyönlü davamlılığın şahidi ola bilərik. Prezidentin bu istiqamətdəki sərəncamlarının mahiyyətindən irəli gələn məsələləri diqqətlə təhlil etdikdə onların strateji mahiyyətinə daha yaxşı aydınlıq gətirmək mümkündür. Belə ki, müntəzəm olaraq təhsil işçilərinin əməkhaqları artırılır, müəllimlərin peşəkar inkişafı və sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı ardıcıl addımlar atılır.
Qarşıdan prezident seçkiləri gəlir. Əminliklə deyə bilərəm ki, bu dəfə də yüksək səs çoxluğu ilə cənab Ali Baş Komandanımız yenidən Azərbaycana rəhbərlik edəcək.

Bağırova Lamira Amiran qızı,
"Medi Plus" Diaqnostika və Estetika Tibb Mərkəzinin
ginekoloq-endrokrinoloq və uşaq-ginekoloqu
Reytinq: