İstanbulda zəncirvari qəza: çox sayda yaralı var8-07-2024, 11:11
Çap et Türkiyənin D-100 magistral yolunun İstanbuldan keçən hissəsində zəncirvari avtomobil qəzası olub. İlkin məlumata əsasən, hadisə nəticəsində 13 nəfər xəsarət alıb.
Qəzanın iki xidməti mikroavtobus sürücüsü arasında yaranan mübahisə səbəbindən onların nəqliyyat vasitələrini saxlaması nəticəsində baş verdiyi bildirilir. Hadisə zamanı 3 xidməti mikroavtobus və 1 su tankeri toqquşub. Yaralılar xəstəxanalara çatdırılırlar. Magistral yolun hər iki istiqamətində maşınların hərəkəti məhdudlaşdırılıb. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|