“Veçerni Bişkek”: Azərbaycanı haqlı olaraq türk gəmisinin sükançısı adlandırmaq olar11-07-2024, 13:10
Çap et ![]() ![]() Məqalənin müəllifi Mederbek Korqanbayev yazır ki, Zirvə görüşü TDT-nin himayəsi altında maraqların genişlənməsi və türk xalqları arasında əlaqələrin möhkəmlənməsindən xəbər verir. “Zirvə görüşünün nəticələrinə və Qarabağ Bəyannaməsinin imzalanmasına əsaslanaraq belə qənaətə gəlmək olar ki, Türk dünyası daha böyük iqtisadiyyat, ticarət, nəqliyyat marşrutlarının yaradılması və hərbi-siyasi konsolidasiya məsələlərinə keçməyə başlayır. Qırğızıstan, öz növbəsində, nəqliyyat infrastrukturunun, yaşıl enerjinin inkişafı üzrə layihələrin həyata keçirilməsində maraqlıdır və iqlim dəyişikliyi ilə bağlı məsələlərdə yardım göstərməyə hazırdır”, - deyə müəllif qeyd edir. Onun fikrincə, türk dövlətlərinin birliyi getdikcə genişlənir və bu, Azərbaycanın apardığı nəhəng işin nəticəsidir: “Sirr deyil ki, Bakı Türk Dövlətləri Təşkilatının möhkəmlənməsinə və statusunun yüksəldilməsinə böyük töhfə verir. Azərbaycanı haqlı olaraq türk gəmisinin bələdçisi, sükançısı adlandırmaq olar. Gələcəkdə Avropa İttifaqının nümunəsində olduğu kimi, TDT-nin tədricən bir növ iqtisadi və hərbi bloka çevriləcəyini proqnozlaşdırmaq olar. Böyük ehtimalla, bu blok Cənubi Qafqazı, Avrasiyanı və Mərkəzi Asiyanı əhatə edə bilər”. Müəllif daha sonra qeyd edir: “Dünya xəritəsində Turan kimi yeni hərbi-iqtisadi birliyin formalaşması sabitlik yaratmağa qadir olan geosiyasi gücün meydana çıxmasına gətirib çıxaracaq və türklərə dünya aktorları qarşısında təhdidlərə birgə müqavimət göstərməyə imkan verəcək. Ola bilsin ki, ittifaqın yaranmasından və türk ölkələrinin iqtisadi potensialının inkişafından 10-15 il sonra avro pul vahidinin timsalında olduğu kimi, Türk dünyasında da Turan pul vahidi dövriyyəyə buraxılsın. Turan pul vahidinin dövriyyədə olması türkdilli dövlətlərə dünya valyutalarının təsirini azaltmağa, iqtisadi-ticari əlaqələri gücləndirməyə imkan verəcək. Bakı əsginasların emissiyası mərkəzi, Turanın hərbi-siyasi və iqtisadi paytaxtı olacaq”. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|