Azərbaycan taekvondoçusu Paris Olimpiadasında gümüş medal qazanıb8-08-2024, 10:10
Çap et Bu dəfə fəxri kürsüyə taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) qalxıb. Mübarizəyə 1/8 finaldan başlayan idmançımız ilk görüşündə irlandiyalı Cek Uolleyə qalib gəlib. Ardınca ispaniyalı Adrian Visenteni üstələyən taekvondoçumuz yarımfinalda İtaliya təmsilçisi Vito Akviladan güclü olub. Finalda Cənubi koreyalı Park Taeçjunu sınağa çəkən Q.Maqomedov ilk hissədə ayağından ciddi zədə alıb. Görüşü davam etdirə bilməyən idmançımız yekunda məğlub elan edilib və gümüş medalla kifayətlənib. Qeyd edək ki, bununla da Azərbaycan idmançılarının Paris Olimpiadasında qazandığı medalların sayı 4-ə çatıb. Daha əvvəl cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu adını qazanıb, boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
00:19
YENİ NƏŞR11:41
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib15:40
“Vətəni sevmək imandandır” – Vətən sevgəsinin, şəhidlik zirvəsinin və tarixi yaddaşın təntənəsi.Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
