Qrenlandiyadakı Katalina gölündə unikal buzlaq daşqını baş verib10-02-2025, 10:14
Çap et Hadisənin sentyabrın 23-dən oktyabrın 11-dək davam etdiyi və bu müddət ərzində gölün suyunun səviyyəsinin 154 metr aşağı düşdüyü müəyyən edilib. Tədqiqatın rəhbərlərindən biri Aslak Qrinsted bildirib ki, əvvəllər də buzlaq gölü daşqınlarına rast gəlinsə də, bu prosesin müşahidəsi və suyun həcminin dəqiq ölçülməsi ilk dəfə mümkün olub. Buzlaq gölü daşqınları, göl suyunun yavaş-yavaş toplanması və müəyyən bir kritik həddə çatdıqda buzlağın altından sərbəst axması nəticəsində baş verir. Katalina gölü Edvard Beyli buzlaqının bağladığı vadidə yerləşir və son 20 il ərzində ərimiş su ilə dolub. Göl dolduqca su buzlağı qaldıraraq buzun altında 25 kilometr uzunluğunda tunel yaradıb və nəticədə su dünyanın ən böyük fiyortu (körfəz) olan “Scoresby Sound”a axıb. Alimlər bildirirlər ki, iqlim dəyişikliyi nəticəsində buzlaq göllərinin yaranma və daşma sürəti artmaqdadır. Belə hadisələr xüsusilə Himalay dağları kimi sıx məskunlaşmış ərazilərdə ciddi təhlükə yaradır. 2023-cü ildə aparılan bir araşdırmaya görə, dünyada 15 milyon insan buzlaq gölü daşqınlarının yaratdığı risklərə məruz qala bilər. Son tədqiqatlar göstərir ki, iqlim dəyişikliyinin təsiri ilə buzlaq göllərinin daşqın hadisələri daha tez-tez baş verir və potensial təhlükələr yaradır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib13:40
“Yaddaşın kodları – Qarabağdan Göyçəyə”: Tarixi irsi rəqəmsal texnologiyalarla canlandıran layihəHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
