“Bondi” çimərliyində silahlı hücumun qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb22-12-2025, 11:09
Çap et Anım mərasimi hücumdan bir həftə keçməsi münasibətilə ölkə üzrə elan olunmuş milli düşünmə və xatırlama günü çərçivəsində təşkil olunub. Yəhudi Hanuka bayramının qeyd edildiyi tədbir zamanı iki silahlı şəxsin atəş açması nəticəsində 15 nəfər həlak olub. Ölənlər arasında 10 yaşlı qız, Böyük Britaniyada doğulmuş ravvin və Holokostdan sağ çıxmış bir şəxs də var. Mərasimdə Avstraliyanın Baş naziri Entoni Albaniz də iştirak edib. Onun tədbirə gəlişi zamanı səsləndirilən etirazlar ölkədə son aylarda antisemit hücumların artması fonunda yəhudi icmasının hökumətə ünvanladığı narazılığın ifadəsi kimi dəyərləndirilib. Minlərlə insanın qatıldığı mərasimdə iştirakçıların bir qismi yəhudi baş örtüyü olan kippa taxıb, digərləri isə Avstraliya bayraqlarına bürünüb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
