Ukrayna və ABŞ nadir torpaq metalları ilə bağlı sazişin əsas detallarını razılaşdırıb25-02-2025, 13:12
Çap et Bu barədə Ukrayna Baş nazirinin Avropa və Avro-Atlantika inteqrasiyası üzrə müavini Olqa Stefanişina “X” sosial şəbəkəsində yazıb. Onun sözlərinə görə, danışıqlar zamanı demək olar ki, bütün əsas detallar razılaşdırılıb. Baş nazirin müavini qeyd edib: “Biz sazişin imzalanmasına hazırlığı davam etdirmək və bunu tez bir zamanda başa çatdırmaq əzmindəyik. Ümidvarıq ki, Birləşmiş Ştatlar və Ukrayna liderləri gələcək onilliklər üçün öhdəliyimizi nümayiş etdirmək məqsədilə Vaşinqtonda bu sənədi ən qısa zamanda imzalayıb təsdiq edəcəklər”. Xatırladaq ki, bu yaxınlarda ABŞ hakimiyyəti Ukraynaya bu ölkənin nadir torpaq metallarının bir hissəsinin ona verilməsini nəzərdə tutan saziş imzalamağı təklif etmişdi. Həmin vaxt Vaşinqton Kiyevə 500 milyard dollarlıq fond yaratmağı təklif etmişdi ki, nadir torpaq ehtiyatlarının satışından gələn gəlirlər məhz oraya yönəldiləcək. Təşəbbüsə görə, ABŞ bu fondda iqtisadi və idarəetmə hüquqlarına malik olacaq. ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, bu yolla Ukrayna Amerikanın ona verdiyi yardımın əvəzini “ödəyəcək”. Eyni zamanda, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın ukraynalılara 100 milyard dollar yardım etdiyini qeyd edib. O bildirib ki, qrantları borc kimi tanımaq fikri yoxdur. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
