Türkiyə Prezidenti Məhəmməd peyğəmbərə çəkilmiş karikaturanı “alçaq təxribat” adlandırıb2-07-2025, 11:45
Çap et Ankarada Ədalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyasının iclasında çıxış edən dövlət başçısı bu antiislam hərəkətdə əli olan hər kəsin qanun qarşısında cavab verəcəyini bildirib. “Ortada nə satira, nə də yumorla əlaqəsi olan alçaq bir təxribat var. Biz bu qalmaqallı nəşrdə əli olanlara qarşı hüquqi tədbirləri diqqətlə izləyəcəyik”, – deyə Türkiyə Prezidenti vurğulayıb. Ərdoğan əlavə edib ki, Türkiyədə AKP hakimiyyətdə olduğu müddətdə heç kim vətəndaşların dini dəyərlərini təhqir edə bilməz. Bundan əvvəl ədliyyə naziri Yılmaz Tunç jurnalın redaksiyası barəsində cinayət işi başlandığını və bu çərçivədə saxlanılanların olduğunu açıqlayıb. Eyni zamanda İstanbul Baş Prokurorluğu “Leman” jurnalının bütün tirajının dövriyyədən çıxarılması, eləcə də nəşrin sosial şəbəkə hesablarına girişin bloklanması barədə qərar verib. Bununla yanaşı, jurnal rəhbərliyi müsəlmanların dini hisslərini təhqir etmək məqsədi güdmədiklərini bildirib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
