Nazir: Azərbaycan region ölkələrini bir araya gətirərək Orta Dəhlizin möhkəmlənməsinə töhfə verib22-09-2025, 13:15
Çap et ![]() Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib. Nazir bildirib ki, Zəngəzur dəhlizi Orta Dəhlizin əsas tərkib hissəsinə çevrilir və regionun gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır. “Bu ideya son beş ildə davamlı olaraq gündəmdə saxlanılıb. Avqustda keçirilən beynəlxalq görüşlərdə də Zəngəzur dəhlizi Orta Dəhlizin mühüm arteriyası kimi təsdiqləndi. Biz bu dəhlizi mövcud marşrutlara alternativ deyil, ölkələrin inkişaf və rifahına xidmət edən strateji yol kimi görürük. Proqnozlara əsasən, dəhlizlə illik yükdaşımanın həcmi 15 milyon tona qədər artacaq. Azərbaycan uzun illərdir ki, yalnız infrastruktur qurmaqla kifayətlənməyib, eyni zamanda region ölkələrini bir araya gətirərək Orta Dəhlizin möhkəmlənməsinə töhfə verib”, - deyə Rəşad Nəbiyev vurğulayıb. Nazir qlobal ticarət tendensiyalarından danışaraq qeyd edib ki, uzun müddət dünya ticarəti cəmi bir neçə ölkənin nəzarətində olub: “Bu tendensiya dəyişir. İndi Körfəz, Cənubi Qafqaz, Mərkəzi və Cənub-Şərqi Asiya ölkələri təkcə ticarətdə deyil, texnologiyanın tətbiqində və inkişafında da mühüm rol oynayır. Ötən il dünya ticarətinin dəyəri təxminən 33 trilyon dollar təşkil edib. Lakin tranzit marşrutlarının şaxələndirilməsi hələ də çətinliklərlə üzləşir. Bu baxımdan Azərbaycan Şərq və Qərb arasında müxtəlif dəhlizlərin inkişafında əsas rol oynaya bilər”. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
14:48
QLOBAL SULHÜN AÇARI22:46
Baba eldən aralandı11:32
Azərbaycan UNESCO-nun Dünya Mədəniyyət Siyasətləri və Dayanıqlı İnkişaf Konfransında təmsil olunacaq16:22
44 günlük haqq savaşı12:17
27 sentyabr xalqımızın qəhrəmanlıq, milli həmrəylik və vətənpərvərlik tarixində parlaq bir səhifədirHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|