AQTA meyvə və tərəvəz məhsullarının ixracı ilə məşğul olan sahibkarlara çağırış edib29-09-2025, 11:35
Çap et ![]() Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) informasiya təminatı və innovativ həllər şöbəsi məlumat yayıb. Bildirilib ki, bitkiçilik məhsullarının ixracı zamanı beynəlxalq ticarət vasitəsilə karantin zərərvericilərinin yayılmasının qarşısının alınması ilə bağlı “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyadan irəli gələrək təsdiq edilmiş beynəlxalq standartların, həmçinin idxalçı ölkələrin qablaşdırma və etiket tələblərinə ciddi riayət edilməlidir. Bitkiçilik məhsullarının daşınmasında istifadə olunan meşə materiallarından hazırlanan altlıqlar və qablaşdırma materialları beynəlxalq standartların tələblərinə uyğun formada işlənməli, eləcə də məhsulların etiketlənməsi idxalçı ölkənin tələblərinə uyğun həyata keçirilməli, zəruri məlumatlar yerləşdirilməlidir. Həmçinin bu məlumatlar taraların üzərində beynəlxalq standartların tələblərə uyğun olaraq dayanıqlı, oxunaqlı və möhkəm olmalıdır. Ənənəvi qablaşdırmadan müasir qablaşdırmaya keçid və beynəlxalq standartlara uyğun olaraq qablaşdırma növlərindən istifadə gələcəkdə ixrac potensialının və məhsulların xarici bazarlarda rəqabət qabiliyyətinin artırılması ilə yanaşı, onların daşınması, saxlanması və etiketlənməsi zamanı beynəlxalq standartların və idxalçı ölkələrin tələblərinə riayət edilməsinə gətirib çıxarır. Odur ki, bitkiçilik məhsullarının idxalçı ölkələrin etiketlənməyə və qablaşdırma materiallarına dair, bundan əlavə beynəlxalq standartların tələblərinə ciddi riayət edilməlidir. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
14:48
QLOBAL SULHÜN AÇARI22:46
Baba eldən aralandı11:32
Azərbaycan UNESCO-nun Dünya Mədəniyyət Siyasətləri və Dayanıqlı İnkişaf Konfransında təmsil olunacaq16:22
44 günlük haqq savaşı12:17
27 sentyabr xalqımızın qəhrəmanlıq, milli həmrəylik və vətənpərvərlik tarixində parlaq bir səhifədirHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|