*AZƏRBAYCAN TARİXİNİN YENİ SƏHİFƏSİ*25-09-2025, 12:00
Çap et ![]() Bu gün, 27 Sentyabr — 44 günlük İkinci Qarabağ müharibəsinin başlanmasından düz 5 il ötür. 27 Sentyabr təkcə İkinci Qarabağ müharibəsinin başlanğıcı deyil, həm də yeni tariximizin başlanğıcı oldu. Müharibə başlayanda 9 yaşım var idi. Müharibənin nə demək olduğunu tam olaraq dərk etmirdim, dərk edə bilmirdim. Amma illər keçdikcə 27 Sentyabrın mənası mənim üçün dərinləşdi və daha da dərinləşməyə davam edir. İllər əvvəl hiss edə bilmədiyim duyğuları indi hiss edirəm. Dünən kimi yadımdadır o günlər... Azərbaycan xalqının iki cəbhədə mübarizə aparması — həm COVID-19, həm də İkinci Qarabağ müharibəsi. Arxa cəbhədən ön cəbhəyə gedən maddi-mənəvi yardımlar... Bir ağızdan, bir amaldan edilən dualar... Demək olar ki, hər axşam küçələrdə “Qarabağ bizimdir, bizim olacaq!”, “Qarabağ Azərbaycandır!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarlarının səsi ucalırdı. Ali Baş Komandanımızın çıxışlarını ən kiçiyimizdən ən böyüyümüzə qədər hər kəsin həyəcanla gözləməsi, hər çıxışı qürurlu, duyğulu, sevincli və bir o qədər də kədərli göz yaşları ilə izləməyimiz mənim üçün İkinci Qarabağ müharibəsinin unudulmazlarındandır. Müharibənin davam etdiyi günlərin az qala hər birində biz cəbhəmizdən xoş, ümidverici xəbərlər alırdıq. Və İkinci Qarabağ müharibəsinin “44”ü yalnız hər hansı bir ədəd deyil. *44 — səbr kasasının dolmasıdır,* *44 — əzmin gücüdür,* *44 — iradənin gücüdür,* *44 — səbrin gücüdür,* *44 — Zəfərin rəmzidir,* *44 — Xarıbülbülün evidir,* *44 — 30 illik həsrətin sonudur* *və* *44 — azərbaycanlılar üçün ən ali ədəddir.* Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! ![]() Ayan Zahidli, Səbail rayonu H.Mahmudbəyov adına 2 nömrəli Texniki Humanitar liseyin 9-cu sinif şagirdi Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
14:48
QLOBAL SULHÜN AÇARI22:46
Baba eldən aralandı11:32
Azərbaycan UNESCO-nun Dünya Mədəniyyət Siyasətləri və Dayanıqlı İnkişaf Konfransında təmsil olunacaq16:22
44 günlük haqq savaşı12:17
27 sentyabr xalqımızın qəhrəmanlıq, milli həmrəylik və vətənpərvərlik tarixində parlaq bir səhifədirHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|