Heqiqet.Az » siyaset » QLOBAL SULHÜN AÇARI


QLOBAL SULHÜN AÇARI

3-10-2025, 14:48
Çap et
Qlobal sülhün təmin edilməsi müxtəlif dövrlərdə fərqli yanaşma, fərqli həll yolları tələb etmişdir. Hal-hazırda XXI əsrin I yarısında qlobal sülhün təmin olunması üçün müasir dövrün xarakteristikası əsas götürülməlidir. Hal-hazırkı dövr beynəlxalq gərginliyin zirvə nöqtəsinə çatması ilə xarakterizə olunur. Bu ilk növbədə bölüşdürülmüş dünyanın müxtəlif “güc mərkəzləri” arasında yenidən bölüşdürülməsi anlamına gəlir. Beynəlxalq hüquq bu “güc mərkəzləri” tərəfindən qəsdən, bilərəkdən, məqsədli şəkildə pozulmaqla sanki xaos mühiti yaradılır. Halbuki beynəlxalq hüququn elə də təkminləşməyə ehtiyacı yoxdur. Obrazlı şəkildə ifadə etsək suyu bulandırıb balıq tutmaq vəziyyətinə uyğun gəlir. Adekvat olaraq digər dövlətlər tərəfindən sürətlə silahlanma meyli müşayiət olunmaqdadır. Bu da öz növbəsində sosial xərclərin azalmasına, iqtisadiyyatın modernləşdirilməsinə, 4-cü sənaye inqilabının nailiyyətlərinin həyatın bütün sahələrinə tətbiqinə, həyat səviyyəsinin yaxşılaşdırılması prosesinə mane olur. Belə bir vəziyyət əgər sülh istəyirsənsə müharibəyə hazır ol anlamına müvafiqdir ki, bu da əslində müasir dövr üçün nüıə silahının mövcudluğu şəraitində mənasız olub həll yolu deyildir.
Müasir dövrdə nəinki qlobal sülh, eyni zamanda bəşəriyyət üçün 2 ən böyük təhlükə mövcuddur. Bunlardan biri nüvə silahının mövcudluğu, digəri iqlim dəyişkənliyinin olmasıdır. I təhlükənin həlli bizdən asılı olduğu halda, digəri qismən asılıdır.
Qlobal sülhə gedən yolda, eyni zamanda dünyada çoxqütblü qarşılıqlı etimad mühilinin yaradılması üçün nüvə silahından hamılıqla imtina edilməsi, nüvə silahı ehtiyatlarının demontaj edilməsi önəmlidir. Bir nömrəli təhlükə qoşulamama hərəkəti dövlətlərinin təşəbbüsü ilə BMT Baş Assambleyasına müzakirəyə çıxarılıb aradan qaldırıla bilər.
Hərbi münaqişə və müharibə tərəflərinin razılığından asılı olmayaraq atəşkəsin BMT-nin qətnaməsinə əsasən həyata keçirilməsi. Cəbhə xəttinə, münaqişə ocağına BMT sülhməramlılarının yerləşdirilməsi. Təcavüzkarın beynəlxalq hüquqa əsasən cəzalandırılması. Münaqişənin və müharibənin səbəbləri və nəticələri ilə bağlı BMT-nin çıxardığı qərar və qətnamələrin dərhal, qeyd-şərtsiz yerinə yetirilməsinin təmin olunması.
4-cü sənaye inqilabı nailiyyətlərinin iqtisadi trendlərin 3-cü qrup dövlətlərə beynəlxalq aliyyə institutları tərəfindən ötürülməsi istiqamətində əməli tədbirlərin həyata keçirilməsi. İqlim dəyişiklikləri ilə əlaqədar öhdəliklərin yerinə yetirilməsinin vaxtaşırı monitorinqini aparmaq, kompleks tədbirlərin həyata keçirilməsini təmin etmək.
Multikulturalizmin hər bir dövlətdə dövlət siyasətinə çevrilməsi və multikulturalist həyat tərzinin bərqərar olmasına nail olmaq üçün beynəlxalq audit təşkilatının yaradılması.

QLOBAL SULHÜN AÇARI

Əliyev Məsum Kamal oğlu
Kürdəmir rayon Karrar ASM-in bölmə müdiri.
02.10.2026
Reytinq: