Prezident İlham Əliyev Qəbələdə Türk Dövlətləri Təşkilatının Baş katibini qəbul edib6-10-2025, 13:49
Çap et ![]() Söhbət zamanı dövlətimizin başçısı ilə qonağın görüşləri məmnunluqla xatırlandı. Baş katib Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə bağlı Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampın şahidliyi ilə Vaşinqtonda əldə olunmuş nəticələr münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı. Dövlətimizin başçısı təbriklərə görə təşəkkür etdi. Kubanıçbek Ömüralıyev Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun daha da artması, üzv və müşahidəçi ölkələr arasında əməkdaşlığın gücləndirilməsi işinə Azərbaycanın verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Görüşdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçiriləcək 12-ci Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunduğu vurğulanaraq, tədbir çərçivəsində təşkilatın gündəliyində duran aktual məsələlərin müzakirə ediləcəyi bildirildi. Dövlətimizin başçısı bu Zirvə Görüşünün Türk dünyasında dostluq, həmrəylik və tərəfdaşlığın möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi. Söhbət zamanı ölkəmizlə təşkilat arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
14:48
QLOBAL SULHÜN AÇARI22:46
Baba eldən aralandı11:32
Azərbaycan UNESCO-nun Dünya Mədəniyyət Siyasətləri və Dayanıqlı İnkişaf Konfransında təmsil olunacaq16:22
44 günlük haqq savaşı12:17
27 sentyabr xalqımızın qəhrəmanlıq, milli həmrəylik və vətənpərvərlik tarixində parlaq bir səhifədirHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|