Müzəffər Ordumuz 44 gün ərzində döyüş meydanında gücünü göstərdi27-09-2025, 12:12
Çap et ![]() İllərdir çox əziyyətlər, ağrı-acılar çəkmişik... Doğma el-obamızdan qəddarlıqla, amansızlıqla didərgin salınmışıq, olmazın faciələr görmüşük, öz vətənimizdə qaçqın, köçkün kimi yaşamağa məcbur olmuşuq... Doğma yurdundan qovulan, olmazın zillətlərə düçar edilən, 30 ilə yaxındır məcburi köçkün həyatı yaşayan nisgilli vətəndaşlarımızın yenidən öz doğma ocağına qayıdacaqları inamını içimizdə böyüdüb, ölməyə qoymamışıq... Müharibənin açdığı, sarısaq da, heç vaxt tam sağalmayan, zaman-zaman qanayan, bizi incidən yaralarımıza sığal çəkib, Qarabağa yenidən dönəcəyimiz günün arzusu ilə ayaqda qalmışıq. Bəzən gözləməkdən yorulmuşuq, uzun sürən intizardan bezmişik, bəzən içimizdə inamsızlıq baş qaldırıb, əlimizi hər şeydən üzmüşük, hətta Tanrıya belə üsyan etmişik. Amma qəlbimizdəki ümid qığılcımı heç vaxt sönməyib. İllərlə közərib, közərib... Dövlət başçısı Qarabağda həyata keçirilən bütün işlərlə şəxsən maraqlanır, o yerlərə səfərlər edir, tikintisi, təmiri başa çatan obyektlərin açılışını edir, yeni-yeni layihələrin uğurlu təməllərini qoyur. Azadlığa qovuşdurulan əzəli Vətən torpaqlarımızda sürətlə həyata keçirilən bütün kompleks tədbirlər isə keçmiş məcburi köçkünlərin qısa zamanda öz dədə-baba torpaqlarına qayıtmasını təmin etmək üçündür... İşğaldan azad edilən yurdlarımıza yenidən həyat qaytarılır, Azərbaycanın tarixi torpaqları və ən gözəl güşələrindən olan Qarabağ və Şərqi Zəngəzur əsl cənnət məkanına çevrilir. Prezident İlham Əliyevin şəxsi diqqəti və nəzarəti altında bu yerlərdə əsaslı quruculuq tədbirləri həyata keçirilir, infrastruktur yenilənir, yollar çəkilir, hava limanları istifadəyə verilir, şəhərlərimizin müfəssəl hazırlanan baş planları təsdiq olunur. Eyni zamanda barbar ermənilərin illərlə divan tutduğu tarixi irsimiz bərpa olunur, dağıdılan məscidlərimizdən yenidən azan sədaları ucalır, şəhidlərimizin ruhuna rəhmət duaları oxunur. Hazırda mərhələli şəkildə işğaldan azad edilən yurdlarımıza sakinlərin səfərləri təşkil olunur, onlar öz əzəli yurdlarını ziyarət edirlər. Amma o gün də uzaqda deyil ki, bütün məcburi köçkünlər doğma Cəbrayıla, Zəngilana, Füzuliyə, Qubadlıya, Ağdama, Laçına, Şuşaya, Kəlbəcərə və digər işğaldan azad edilən dədə-baba yurdlarımıza əbədi yaşamağa qayıdacaqlar... Yenə də o torpaqlarda həyat qaynayacaq, insanlar xoşbəxt yaşayacaq ... 30 ildir ki davam edən düşmən işğalı bizim üçün həqarət idi. Onsuz da bu ötən 30 ilin demək olar hər günü atəşkəs pozulur, cəbhənin düşmənlə təmas xəttində Azərbaycan əsgəri ya öldürülür, ya da yaralanırdı. Belə gərginlik, hərbi xidmətdə olan oğlunun müharibə etmədən, “atəşkəs dövrü” adlandırılan şəraitdə qanının töküləcəyi əndişəsi analarımızı da tükətmişdi, üzmüşdü. Müzəffər Ordumuz 44 gün ərzində döyüş meydanında gücünü göstərdi və qəhrəmanlıqla savaşaraq qələbə qazandı. Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırıldı. Qəhrəman Azərbaycan Ordusu qarış-qarış Vətən torpaqlarımızı azad edərək milyonlarla məcburi köçkünə doğma yurda qayıdış xoşbəxtliyi, bütün xalqımıza isə Zəfər sevinci, qüruru ərməğan etdi... ![]() Əliyeva Könül Rasim qızı ADPU-nun Kimya ve biologiya fakültəsi,Ümumi kimya və kimyanın tədrisi texnologiyasə kafedrasi,müəllim Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
14:48
QLOBAL SULHÜN AÇARI22:46
Baba eldən aralandı11:32
Azərbaycan UNESCO-nun Dünya Mədəniyyət Siyasətləri və Dayanıqlı İnkişaf Konfransında təmsil olunacaq16:22
44 günlük haqq savaşı12:17
27 sentyabr xalqımızın qəhrəmanlıq, milli həmrəylik və vətənpərvərlik tarixində parlaq bir səhifədirHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|