Lələtəpədə ucaldılan üçrəngli bayrağımız indi azad edilən bütün torpaqlarımızda əzəmətlə dalğalanır5-04-2025, 23:52
Çap et ![]() Azərbaycan Ordusunun qələbəsi ilə bitən aprel döyüşlərindən doqquz il ötür. Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir. Dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Bu şanlı döyüş 2020-ci ildə başlayan Vətən müharibəsində qazanılan Zəfərin başlanğıcı idi. İndi əzəli-tarixi Qarabağ torpaqlarımız xalqımızın gücü, Rəşadətli Azərbaycan Ordusunun igid əsgər və zabitlərinin döyüş şücaəti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində və şəhidlərimizin canı, qanı bahasına işğaldan azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Ordumuz tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən ağır məğlubiyyətə uğradı, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsini azad edildi, həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Parlaq tarixi qələbələrimizdən olan, hərb tariximizə qızıl hərflərlə yazılan, qəhrəman oğullarımızın misilsiz şücaəti ilə qazanılan şanlı Aprel döyüşləri bütün dünyaya dövlətimizin, xalqımızın gücünü, qələbə əzmini nümayiş etdirdi. Bu qələbə Ermənistanın uzun illər ərzində öz ordusunun məğlubedilməzliyi haqqında yaratdığı mifi darmadağın etdi. Lakin mənfur xislətindən yaxa qurtara bilməyən və Aprel döyüşlərindən dərs çıxarmayan düşmən yenidən öz çirkin niyyətlərini həyata keçirir, müxtəlif istiqamətlərdə təxribatlara əl atırdı. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin bütün cəbhəboyu genişmiqyaslı təxribatlar törətməsinə, Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq əks-hücum əməliyyatı – 44 günlük Vətən müharibəsi başladı. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ərazi bütövlüyümüz bərpa olundu və bütün şəhidlərimizin qisası alındı, öz doğma yurdlarından didərgin düşən soydaşlarımızın qayıdışı Böyük Qələbənin tacı oldu. Bu gün tarixin ən şanlı mərhələsini yaşayan Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı – Aprel döyüşləri hər zaman Azərbaycan dövləti və xalqı üçün Vətən müharibəsindəki Böyük Qələbənin başlanğıcı kimi daim xatırlanacaq. Onu da qeyd edək ki, Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində mülki əhalinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə qayıdışı mümkün oldu. Bu kəndin sakinlərinin 23 illik fasilədən sonra doğma torpaqlarına qayıtması işğal altındakı digər ərazilərimizin də tezliklə azad olunacağına dərin inam yaratdı. Azadlığa qovuşmuş ərazilərin əzəli sahibləri Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində öz yurdlarına dönəcəklər. Şəhidlərimizin, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı, qəhrəmanlığı nəticəsində bu gün azad olunmuş torpaqlara həyat qayıdır. Geniş quruculuq işləri aparılaraq artıq keçmiş köçkünləri öz dədə-baba torpaqlarına pənah gətirirlər və bu il bu proses davam edəcək. Bu günədək işğaldan azad olunmuş üç kəndə və iki şəhərə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış, Laçın rayonunun Zabux kəndlərinə, Laçın şəhərinə, Füzuli şəhərinə çoxlu sayda ailələr qayıdıb. Uğurlu Aprel döyüşlərindən ruhlanan Azərbaycan Ordusu iki il sonra daha bir böyük zəfərə imza atdı. 2018-ci ilin mayında Əlahiddə Ümumqoşun Ordu tərəfindən Naxçıvanın Günnüt kəndi və ətraf ərazilərin nəzarət altına alınması bir daha göstərdi ki, əsgər və zabitlərimiz qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək əzmindədir. Aprel döyüşləri Azərbaycanın hərb salnaməsinə qızıl hərflərlə yazılan şanlı Vətən müharibəsində böyük Zəfərə gedən yolda mühüm əhəmiyyət kəsb edir. Səkkiz il əvvəl bu döyüşlərdə düşmən üzərində qazanılan hərbi uğurlar Azərbaycan Ordusunun və xalqının böyük Qələbəyə inamını və əzmini daha da artırmaqla yanaşı, Silahlı Qüvvələrimizin şəxsi heyəti üçün böyük təcrübə oldu. Bu döyüşlər həm də düşmən mövqelərini və onların potensialını öyrənmək imkanı yaratdı. Məhz bu təcrübəni Vətən müharibəsində uğurla tətbiq edən rəşadətli Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirərək torpaqlarımızı 44 gündə işğaldan azad etdi. Qarabağ Zəfərinin davamı olaraq, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı bir günlük uğurlu lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. Ötən ilin noyabrında Xankəndidə keçirilən Zəfər paradı Azərbaycanın gücünün və Ordumuzun qüdrətinin daha bir parlaq nümayişi kimi tarix səhifələrinə yazıldı və 9 il bundan öncə Lələtəpədə ucaldılan üçrəngli bayrağımız indi azad edilən bütün torpaqlarımızda əzəmətlə dalğalanır. Böyük Qələbə sevincini bizə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirik və ehtiramla yad edirik! ![]() Əliyev Məsum Kamal oğlu, Kürdəmir rayon Karlar Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
14:48
QLOBAL SULHÜN AÇARI22:46
Baba eldən aralandı11:32
Azərbaycan UNESCO-nun Dünya Mədəniyyət Siyasətləri və Dayanıqlı İnkişaf Konfransında təmsil olunacaq16:22
44 günlük haqq savaşı12:17
27 sentyabr xalqımızın qəhrəmanlıq, milli həmrəylik və vətənpərvərlik tarixində parlaq bir səhifədirHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|