İlk altı ayda baş verən avtoqəzaların sayı açıqlandı14-08-2025, 17:20
Çap et ![]() Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, bu hadisələr nəticəsində zərərçəkənlərin sayı 12,8 faiz azalaraq 812 nəfər olub. Onlardan 313-ü həlak olub, 499-u isə yaralanıb. Hadisələrin 44,7 faizi gündüz, 41,4 faizi gecə, 13,9 faizi isə toran vaxtı baş verib, 30,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib. Qeyd edilib ki, yol-nəqliyyat hadisələrinin 87,2 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 7,9 faiz azalaraq 223 nəfər, yaralananların sayı isə 15,3 faiz azalaraq 472 nəfər olub. Vurğulanıb ki, bütün yol-nəqliyyat hadisələrinin 42,1 faizi nəqliyyat vasitələrinin və piyadaların, 36,9 faizi bir neçə nəqliyyat vasitəsinin, 21,0 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 76,7 faizini, yaralananların isə 70,9 faizini kişilər təşkil edib. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
14:48
QLOBAL SULHÜN AÇARI22:46
Baba eldən aralandı11:32
Azərbaycan UNESCO-nun Dünya Mədəniyyət Siyasətləri və Dayanıqlı İnkişaf Konfransında təmsil olunacaq16:22
44 günlük haqq savaşı12:17
27 sentyabr xalqımızın qəhrəmanlıq, milli həmrəylik və vətənpərvərlik tarixində parlaq bir səhifədirHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|