“20 Yanvar” stansiyasında doğulan körpə və anası evə buraxılıb14-08-2025, 17:34
Çap et ![]() Bu barədə TƏBİB məlumat yayıb. Bildirilib ki, hazırda hər ikisinin vəziyyəti qənaətbəxş qiymətləndirilir. Körpə sərbəst şəkildə tənəffüs alır, qidalanır və sağlamdır. Hamiləliyin patologiyası şöbəsində müalicə alan ananın da vəziyyəti müsbət qiymətləndirilir. Tibb müəssisəsində körpəyə lazımi qulluq qaydaları barədə anaya ətraflı məlumatlar verilib. Xatırladaq ki, 08.08.2025-ci il tarixində saat 07:40 radələrində Bakı Metropoliteninin “20 Yanvar” stansiyasından doğuş səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınıb. Təcili tibbi yardım briqadası tərəfindən ana və körpəsinə ilkin tibbi yardım göstərildikdən sonra ixtisaslı yardım göstərilməsi üçün Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
14:48
QLOBAL SULHÜN AÇARI22:46
Baba eldən aralandı11:32
Azərbaycan UNESCO-nun Dünya Mədəniyyət Siyasətləri və Dayanıqlı İnkişaf Konfransında təmsil olunacaq16:22
44 günlük haqq savaşı12:17
27 sentyabr xalqımızın qəhrəmanlıq, milli həmrəylik və vətənpərvərlik tarixində parlaq bir səhifədirHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|