Heqiqet.Az » idman » Azərbaycan taekvondoçuları Polşada 3 medal qazanıblar


Azərbaycan taekvondoçuları Polşada 3 medal qazanıblar

22-09-2025, 13:02
Çap et
Azərbaycan taekvondoçuları Polşada keçirilən “Polish Open” turnirində 3 medal qazanıblar.

Federasiyadan bildirilib ki, qadınlar arasında Minayə Əkbərova (46 kiloqram) bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Kişilərin yarışında isə Qaşim Maqomedov (63 kiloqram) və Cavad Ağayev (80 kiloqram) bürünc mükafata sahib çıxıblar.
Reytinq: