Nisyə dəftəri18-10-2016, 11:17
Çap et ![]() 240 nömrəli məktəbin 6”a” sinif şagirdi Bizim məhəllənin aşağı tərəfində balaca bir dükan var. Oranın sahibi Süleyman baba idi. O, çox mülayim və xoşrəftar adamdı. Süleyman babanın bir nisyə dəftəri də var idi. O, bu dəftərə nisyə mal alan adamların adını qeyd edərdi. Həmin vaxtlar mən 6 yaşında idim. Şokoladı çox sevirdim. Atam hər axşam mənə 50 qəpik verirdi ki, özümə şokolad alım. Amma mən həmin gün axşamı gözləyə bilmədim. Ürəyim yaman şokolad istədi. Süleyman babanın yanına gedib, nisyə şokolad almaq istədim. Süleyman baba məni görüb dedi: -Necəsən, balaca qız? Gəl görək, nə istəyirsən? -Yaxşıyam, baba, bəs sən necəsən? -Mən də yaxşıyam, mənim balam. -Süleyman baba, axşam pulunu gətirəcəm, mənə nisyə bir şokolad verə bilərsənmi? -Əlbəttə, verərəm! ![]() -Qızım, bu qədər oynadın, bəsdi. İndi get əşyalarını yığ. Biz sabah tezdən kəndə getməliyik. Nənən xəstələnib, mən ona baxmalıyam. Ola bilsin, sən məktəbə də orada gedəcəksən. Mən kəndə getmək həyəcanı ilə sevincək əşyalarımı yığdım. Sonra yatmağa getdim. Səhər tezdən əşyalarımızı maşına yığıb, yola düşdük. Biz bir müddət kənddə qaldıq. Çünki nənəm yataq xəstəsi idi. Onu tək qoymaq olmazdı. İki il müddətində orada qaldıq. Nənəm rəhmətə getdiyi üçün atamın işi ilə də əlaqədar yenidən Bakıya - öz evimizə qayıtdıq. Atam məni dükana sərin su almağa göndərdi. Mən Süleyman babanı görmək arzusu ilə qaça-qaça dükana getdim. Dükanda Süleyman baba yox, onun qızı Səkinə xala oturmuşdu. Süleyman babanı xəbər aldım. Gözləri yaşardı və onun keçən ay rəhmətə getdiyini dedi. Mən çox kədərləndim. Birdən gözüm stolun üstündəki nisyə dəftərinə sataşdı. Onu açıb baxdım. Dəftərin ikinci səhifəsində yekə hərflərlə: “Lalə, balam”, qarşısında 50 qəpik, - yazılmışdı. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
14:48
QLOBAL SULHÜN AÇARI22:46
Baba eldən aralandı11:32
Azərbaycan UNESCO-nun Dünya Mədəniyyət Siyasətləri və Dayanıqlı İnkişaf Konfransında təmsil olunacaq16:22
44 günlük haqq savaşı12:17
27 sentyabr xalqımızın qəhrəmanlıq, milli həmrəylik və vətənpərvərlik tarixində parlaq bir səhifədirHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|